Activision Blizzard-ın Microsoft tərəfindən 69 milyard dollara satın alınması Böyük Britaniyanın tənzimləyici orqanı tərəfindən bloklanıb.

Marja-nın məlumatına görə, Bloomberg yazır ki, Britaniyanın antiinhisar orqanı sövdələşmənin “bulud oyunlarında rəqabətə zərər verəcəyini” bildirib.

Activision Blizzard-ın səhmləri hazırda 12% ucuzlaşıb.

Şirkət World of Warcraft, Call of Duty, Diablo və digər oyunları istehsal edir.