Amerikanın qida məhsulları daşıyıcısı və soyuducu anbar operatoru “Lineage” şirkəti 4,4 milyard dollar cəlb edərək 2024-cü ilin ən böyük IPO-sunu həyata keçirib.
IPO-nun bir hissəsi olaraq, “Lineage” 18 milyard dollardan çox qiymətləndirilib. Qiymət diapazonu bir səhm üçün 70-82 dollar arasında idi. Şirkət əvvəlcə 47 milyon səhm satmağı planlaşdırsa da, tələbatın çox olması səbəbindən təklifi artırıb.
Əvvəlki illik IPO rekordu 2023-cü ilin sentyabrında çip istehsalçısı “Arm” tərəfindən müəyyən edilmişdi. Şirkət səhmlərin satışından 4,87 milyard dollar toplamışdı.
Lineage şirkəti 2008-ci ildə yaradılıb. O, məhsulun daşınması və temperatura nəzarət edilən anbar idarəçiliyi üzrə ixtisaslaşmışdır. “Lineage”, səhmdarlara dividendlərdən vergiləri azaltmağa imkan verən daşınmaz əmlak investisiya tresti kimi qurulmuşdur. Martın 31-nə olan məlumata görə, şirkətin 19 ölkədə 482 anbarı var.