“Azərbaycanla Yaponiya arasında bir sıra sahələrdə geniş əməkdaşlıq var. İki ölkənin tikinti sahəsində də əməkdaşlığının genişlənəcəyinə ümid edirəm”.
“Report” xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada “Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin Ümumdünya Memarlar Günü münasibəti ilə “Bakı KOB Evi”ndə keçirdiyi “Memarlıq irsi: Müasir və gələcək trendlər” adlı konfransda deyib.
“Yaponiya zəlzələlərin çox olduğu ölkədir. Buna görə də tikinti sahəsində müasir texnologiyalar tətbiq edilir. Bu gün burada Yaponiya təcrübəsi təqdim edilir. Ümid edirəm ki, tədbirin sonunda şirkətlər arasında əməkdaşlıq qurular və biznes əlaqələri inkişaf edər. Biz bu əməkdaşlığı dəstəkləyirik “, – deyə o qeyd edib.
Xatırladaq ki, konfransda iki ölkənin tikinti şirkətlərinin nümayəndələri iştirak edirlər.