Azərbaycanda qanunsuz tikilən evlərin sayı 450 minə çatıb.

APA-Economics” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin İdarə Heyətinin sədr müavini Elşən Məmmədov deyib.

O bildirib ki, vətəndaşlar faktiki olaraq özbaşına tikdikləri evlərdə yaşayırlar və bu evlərin sənədləşdirilməsi qanunvericiliyə uyğun olaraq hazırda mümkün deyil.

“Bununla bağlı 2023-cü ildə qanun layihəsinin və digər normativ sənədlərin hazırlanıb təqdim edilməsi nəzərdə tutulub”, – deyə Elşən Məmmədov vurğulayıb.