Fransanın “Nicolas Laisne Associes” memarlıq firması “OXO Architectes” şirkəti ilə birgə səhrada göydələn layihəsini təqdim ediblər.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “Şaquli şəhər” adlanan göydələndə ofislər, otellər, mağazalar, restoranlar, yaşayış massivləri və muzeylər yerləşəcək.

Göydələndə meteoroloji stansiyanın da olması nəzərdə tutulub ki, bu da əsasən sərt səhra iqliminə ehtiyacla bağlıdır. Burada temperaturun kəskin dəyişməsini nəzərə alaraq, memarlar yağıntıların yığılması üçün xüsusi sistem hazırlayıblar. Onun böyük hissəsinin istilik və kanalizasiya, qalan hissəsinin içməli və çoxsaylı yaşıllıq sahələrinin suvarılması üçün istifadə edilməsi planlaşdırılır.

“Şaquli şəhər”in ümumi tikinti sahəsi 780 min kvadratmetr təşkil edəcək.