Cari ilin ilk rübündə mənzil bazarında qiymət indeksi ötən ilin sonuncu rübü ilə müqayisədə 102 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövr ərzində qiymət indeksi ilkin mənzil bazarı üzrə 101,2 faiz, təkrar mənzil bazarı üzrə isə 102 faiz olub.