Cari ilin I rübündə mənzil bazarında qiymət indeksi 2021-ci ilin IV rübü ilə müqayisədə 101,3 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, həmin dövr ərzində ilkin mənzil bazarı üzrə qiymət indeksi 101,7 faiz, təkrar mənzil bazarı üzrə isə 101,3 faiz olub.