Azərbaycanda 1990-cı illərdə kənd təsərrüfatı təyinatlı pay torpaqları verildikdən sonra insanların bir qismi bu torpaqlarda ev tikib.
APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu keçirilən iclasında deputat İqbal Məmmədov deyib.
İqbal Məmmədov bildirib ki, artıq uzun müddət keçib və insanları evlərindən də çıxarmaq olmur: “Pay torpaqlarının çoxundan istifadə olunmur. Bu torpaqların təyinatının dəyişdirilməsi üçün bir qanun qəbul olunmalıdır”.