Vergiödəyicisi olan şəxs özünə məxsus olan evini hüquqi şəxsə satırsa, bu zaman elektron qaimə-faktura təqdim etməlidir?
Dövlət Vergi Xidmətindən AZƏRTAC–a bildirilib ki, vergi qanunvericiliyinin müddəalarına əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsini təqdim edən fiziki şəxsin vergi uçotunda olub-olmamasından asılı olmayaraq sadələşdirilmiş vergi öhdəliyi notarius tərəfindən tutulmaqla yerinə yetirilir.
Ümumilikdə isə vergi orqanında uçotda olan fiziki şəxs tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış sahəsinin hüquqi şəxsə təqdim edilməsi zamanı elektron qaimə-fakturanın təqdim edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmayıb.