2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda ümumi sahəsi 412 min 352 kvadrat metr olan 3743 ədəd yaşayış evi tikilib istifadəyə verilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, illik müqayisədə tikilən evlərin sayı 32.8% artıb. Belə ki, 2022-ci ilin ilk 3 ayında ümumi sahəsi 369 min kvadrat metr olan 2819 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.
Qeyd edək ki, bu mənzillərin 2716 ədədi əhali tərəfindən, 897 ədədi qeyri-dövlət müəssələri tərəfindən, 530 ədədi isə dövlət müəssələri tərəfindən tikilib istifadəyə verilib.
Əlavə edək ki, hesabat dövründə 1536 şagirdlik 1 ümumi təhsil müəssisəsi istifadəyə verilib.