Bu ilin birinci yarısında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 177 664 mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışla təmin edib.
Bu barədə “APA-Economics”ə Dövlət Xidmətindən bildirilib.
Bu göstəricinin 27 707-si (15,6%) ilkin, 149 957-si isə (84,4%) isə təkrar qeydiyyatın payına düşür.
İlin ilk 6 ayında fərdi yaşayış və bağ evi üzərində – 27 695, mənzil üzərində – 39 388, torpaq sahəsi – 104 580, qeyri-yaşayış binası – 1 586, qeyri-yaşayış sahəsi – 4 017, əmlak kompleksi – 376, çoxmərtəbəli yaşayış binası üzərində isə 22 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 45 513-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Yanvar-iyun aylarında 132 115 texniki pasport tərtib edilib, 35 203 ipoteka müqaviləsi qeydiyyata alınıb.