Paytaxtdakı çoxmənzilli binalarda tez-tez qanunsuz artırmalara rast gəlirik. Belə hallar əsasən sovet dövründə tikilmiş binalarda müşahidə olunur.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən daşınmaz əmlak eksperti Ramil Qasımzadə bildirib ki, qanunsuz artırmalar edilən binaların çoxu istismar müddətini başa vurub.
“Əgər həmin artırmalar aşağı mərtəbələrdədirsə, binaların konstruksiyasına zərər vermir. Lakin yuxarı mərtəbələrdəki qanunsuz əlavələr binaya ağırlıq salır, bünövrəsini zədələyir. Lakin bəzi qurumlar belə qeyri-qanuni tikililərə göz yumur”, – R.Qasımzadə vurğulayıb.