Moskva prospekti, 8 ünvanında yerləşən “Main” yaşayış kompleksinin sakinləri, kompleksin birbaşa qarşısında binanın tikintisinin planlaşdırılmasına etiraz edirlər.

Sakinlərin Marja-ya müraciətində iddia edilib ki, Moskva prospekti, 8 ünvanında yeni binanın inşası qanunsuzdur.

Sakinlərdən Elçin Əmirov bildirib:

“”Main” yaşayış kompleksi “Avtovağzal” ərasizinin yaxınlığında olan sürüşmə zonasına yaxındır, kompleks 12 binadan ibarətdir, binalar 23 mərtəbəlidir.

“Main” yaşayış kompleksinin ərazisi sürüşmə ilə əlaqədər olaraq, suvarma olmasın deyənə asfalt döşəmə ilə döşənib. Baxmayaraq ki, kompleksin ərasizi çox genişdir, həyətdə heç bir yaşılıq yoxdur. Biz sakinlər mənzil aldığımız zaman, kompleksin rəhbəriliyi tərəfindən sakinlərin rahatlığı və sağlamlığına görə – park, stadion, uşaq meydançası üçün nəzərdə tutulan ərazidə (kompleksin lahiyə planında) göstərilmişdir, həmin ərazi Moskva proskti (Şamaxınka) tərəfə düşən kiçik bir ərazidir.

Nəzərinizə çatdırmaq istəyirik ki, “Main” yaşayış kompleksinə şəhər istiqamətindən gələndə, girişin olmamasına görə sakinlər məcbur olub 2-ci Alatava məhəllə arası yollar ilə kompleksə daxil olurlar. Hazırda tikintisi planlaşdırılan bina isə, komplekslə 1-ci Alatava küçəsinin arasına düşür, bu yol kompleksdən şəhərə cıxan yoldur.

Əgər bina tikilərsə: 

1) Tikintisi nəzərdə tutulan bina yaşadığımız “Main” yaşayış kompleksi üçün təhlükəlidir, ərazi suruşmə zonası olduğu üçün, bizi olduqca çox narahat edir.

2) Binanın tikilməsi ilə əlaqədar olaraq, layihəyə əsasən nəzərdə tutulan park, stadion və uşaq meydançası ləğv olunur. Bu da biz sakinləri çox narahat edir.

3) Binanın tikilməsi ilə əlaqədar olaraq mərkəzi yoldan komplesə girən yol dar olduğu üçün, əlavə sıxıntılar, çətiniliklər yaranacaq. Bu da biz sakinləri çox narahat edir”.