Cari ilin yanvar-may aylarında Bakıda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 81,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,8 faizini əsaslı təmir, 8,1 faizini cari təmir, 4,9 faizini isə sair tikinti işləri təşkil edib.
Trend Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, ümumi inşaat işlərinin 90,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.