Bakıda həm ay ərzində, həm də ötən illə müqayisədə torpağın qiyməti ucuzlaşıb.

MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyul ayında Bakıda torpağın qiyməti 5.98 faiz ucuzlaşıb.

Onun sözlərinə görə, ötən ilin iyul ayı ilə müqayisədə isə torpağın qiymətində 8.9 % ucuzlaşma müşahidə edilib.