Bakıda kommersiya obyektlərinin qiymətində bahalaşma qeydə alınıb.

“MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, aprel ayında kommersiya obyektlərinin qiyməti 1,92% bahalaşıb.

Kommersiya obyektlərinin orta qiyməti 2973 manat/kv.m təşkil edib.

Onun sözlərinə görə, kommersiya obyektlərinin icarə qiymətində də bahalaşma müşahidə olunub. Belə ki, obyekt icarəsi kirayə qiyməti 15,54 manat/kv.m olmaqla 1,57% bahalaşıb.