Bakıda, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən xüsusi müsadirə edilmiş bina 24.7 milyon manata satılır.
Trend-in məlumatına görə, bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 27 avqust 2024-cü il tarixdə hərrac keçiriləcək.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10% həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.