2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda ümumi sahəsi 891 min 689 kvadrat metr olan 8130 ədəd yaşayış evi tikilib istifadəyə verilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, illik müqayisədə tikilən evlərin sayı 44.3% artıb. Belə ki, 2022-ci ilin ilk 6 ayında ümumi sahəsi 786 min 401 kvadrat metr olan 5636 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.
Qeyd edək ki, bu mənzillərin 4592 ədədi əhali tərəfindən, 1874 ədədi qeyri-dövlət müəssələri tərəfindən, 1664 ədədi isə dövlət müəssələri tərəfindən tikilib istifadəyə verilib.
Əlavə edək ki, hesabat dövründə 1536 şagirdlik 1 ümumi təhsil müəssisəsi, 19 çarpayılıq 1 xəstəxana və 240 yerlik 1 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.