Bu ilin yanvar-iyun aylarında Azərbaycan istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə ölkədə ümumi sahəsi 927,1 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, ötən ilin ilk yarısı ilə müqayisədə 64,1% azdır.

Yanvar-iyunda yaşayış evlərinin tikintisinə 469 mln. manat vəsait yönəldilib ki, bu da illik ifadədə 26,1% azdır.

Qeyd edək ki, 2020-ci ildə ölkədə ümumi sahəsi 4 957,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, əvvəlki illə müqayisədə 47,6% azdır.