2023-cü ilin yanvar-may aylarında “Xalq Sığorta” şirkətinin yığımları ötən ilin eyni dövrünə nisbətən 30,7% və ya 4,7 milyon manat azalaraq 10,7 milyon manata enib.
“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Ötən ilin eyni dövründə sığorta şirkəti 15,5 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Sığorta şirkətinin ödənişləri isə bunun əksinə, cüzi – 0,3% azalıb. 2022-ci ilin beş ayında sığorta şirkəti 9,89 milyon manat sığorta ödənişi həyata keçirmişdirsə, bu ilin eyni dövründə bu rəqəm 9,87 milyon manata enib.
Yığımların kəskin azalması fonunda ödənişlərin cüzi azalması sığorta şirkətinin zərərliliyini (ödəniş-yığım nisbəti) kəskin artırıb. Belə ki, 2022-ci ilin yanvar-may ayları üzrə “Xalq Sığorta” topladığı hər 100 manatın 64 manatını ödənişə yönləndirilmişdirsə, bu ilin beş ayında bu rəqəm 92 manata bərabər olub. Başqa sözlə, sığorta şirkətinin zərərliliyi 30,4% artıb.