Türkiyənin sığorta şirkətləri ölkənin 11 vilayətində zəlzələdən zərər çəkmiş şəxslərə təxminən 20 milyard lirə və yaxud 1,1 milyard ABŞ dolları ödəniş edəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyə Sığorta Dərnəyinin (TSB) sədri Atilla Benli bildirib.

Onun sözlərinə görə, zəlzələ zonasındakı daşınmaz əmlakların orta hesabla 49 %-i sığortalıdır. Bu baxından ən yüksək göstərici Diyarbəkirdə, ən aşağı göstərici isə Hataydadır.

“Zəlzələ baş verən ərazidə mənzil sığortası nisbəti 21 %, kasko sığortası nisbəti isə 17%-dir. Təkcə avtomobillərin könüllü sığortası üçün təxminən 1 milyard lirə ödəyəcəyimizi təxmin edirik. Kahramanmaraşda zəlzələdən sonra sığortaya maraq 3-4 dəfə artıb” – deyə sığorta rəsmisi qeyd edib.