Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin yanvar-iyul ayları üzrə sığorta bazarının maliyyə göstəricilərini açıqlayıb.
“APA-Economics”in araşdırmasına əsasən sığorta şirkətləri üçün ən zərərli sığorta növü (digər icbari sığorta növləri çıxılmaq şərtilə) avtomobillərin icbari sığortası (NVSMMİS) olub. Sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 86 manatını ödənişə yönəldiblər. Həyatın yaşam sığortası üzrə ödəniş yığım nisbəti 56,1%, könüllü tibbi sığorta üzrə 53,3%, KASKO sığorta üzrə isə 42,6% təşkil edib.
Sığorta şirkətləri üçün ən gəlirli sığorta növü hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası olub. Bu sığorta növü üzrə 6,6 milyon manat sığorta haqqı toplansa da, hər hansı ödəniş olmayıb. Göstəricilərə əsasən ən gəlirli sığorta növləri sıranda kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası ( 4,4 milyon manat), su nəqliyyat vasitələrinin sığortası (3,4 milyon manat) və peşə məsuliyyətinin sığortası (658 min manat) yer alıb.