Azərbaycandakı 5 həyat sığortası şirkətindən biri olan “Qala Həyat” Sığorta Şirkəti ASC 2022-ci ili 7 milyon 842 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 4 milyon 741 min manat xalis mənfəət ilə bağlamışdı. “Qala Həyat” Sığorta Şirkətinin xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 3 milyon 101 min manat və ya 65,4% artıb. 

Marja.az xəbər verir ki, ötən il “Qala Həyat”ın cəmi əməliyyat gəlirləri 22 milyon 405 min manat təşkil edib. 2021-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 19 milyon 350 min manat olmuşdu.

“Qala Həyat” 2021-ci ildə 19 milyon 184 min manat sığorta haqları yığmışdırsa, 2022-ci ildə 21 milyon 250 min manat toplayıb.

Şirkətin sığorta ödənişləri isə 31 milyon 194 min manatdan 23 milyon 728  min manata düşüb.

Ötən il “Qala Həyat”ın investisiya gəlirləri 20,5% azalaraq 1 milyon 380 min manata düşüb (2021-ci ildə 1 milyon 735 min manat olmuşdu).

“Qala Həyat” Sığorta Şirkəti ASC-nin səhmdarları “AzRe Təkrarsığorta” şirkəti və Kamal İbrahimovdur.