“PAŞA Sığorta” şirkətinin Agile Əmlak və Avto Blokunun idarəedilməsi istiqaməti üzrə fevral ayından yeni rəhbər təyin olunub.

Bu barədə “APA-Economics”ə sığorta şirkətindən bildirilib. Məlumata görə, bu vəzifəyə Nuranə Teymurova PAŞA Sığorta şirkətinin Agile Əmlak və Avto Blokunun idarəedilməsi istiqamətinə rəhbər təyin olunub.

Bildirilib ki, Nuranə Teymurova 2015-2020-ci illər PAŞA Sığorta şirkətinin Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb. 2020-ci ildən etibarən PAŞA Sığortanın Agile İdarəetməsinə keçid prosesində iştirak edib, 2021-ci ildə şirkətin Agile Transformasiyası Ofisinin rəhbəri vəzifəsinə yüksəlib. Nuranə Teymurova şirkətin Agile Transformasiyasına rəhbərlik etmiş və yeni təşkilati modelin qurulmasında, Avto və Əmlak Sığortası Blokunun, Tibbi Sığorta və Rəqəmsal Blokun yaradılmasında iştirak edib.

O, karyerası dövründə əsas fəaliyyət istiqamətləri olan məhsul idarəedilməsi, bazar araşdırmaları, rəqəmsallaşma, ictimaiyyətlə əlaqələr, müştəri məmnuniyyəti, satış strategiyası və Agile idarəetmə üzrə müxtəlif layihə və təşəbbüslərə rəhbərlik edib.