“PAŞA Sığorta” ASC-də yeni təyinat olub.

Banker.az xəbər verir ki, Nərminə Quliyeva sığorta şirkətinin Risk araşdırmaları və monitorinqi şöbəsinin müdiri təyin edilib. O, 2019-cu ilik oktyabrından bu şöbədə aparıcı mütəxəssis kimi çalışırdı.

N.Quliyeva sığorta şirkətinə qədər isə “Zqan Holdinq” və “Unibank KB” ASC-də çalışıb.