PAŞA Həyat-ın yeni mobil tətbiqi müştərilərinə cari hesabları üzrə istənilən əməliyyatları smartfon vasitəsilə idarə etmək imkanı yaradır.

APA-Economics” xəbər verir ki, tətbiq vasitəsilə müştərilər öz yığımları üzrə dəyişiklikləri tək toxunuşla həyata keçirə, öz hesablarını rahatlıqla idarə edə biləcəklər.

Tətbiq artıq bütün platformalarda mövcuddur, aşağıdakı linklərə keçid etməklə yükləyə bilərsiniz:

https://play.google.com/store/apps/details?id=az.pasha_life.app

https://apps.apple.com/app/pasha-life/id1644655762

Qeyd edək ki, bu tətbiqin ilkin versiyasıdır. Tətbiqin hər yeni versiyası istifadəyə verildikcə yeni funksiyalar əlavə olunacaq.