Lider həyat sığortası şirkəti olan PAŞA Həyat-ın baş sponsorluğu ilə iyunun 20-21-də Bakıda sayca 10-cu Azərbaycan Beynəlxalq Sığorta Forumu (“Azerbaijan International Insurance Forum” – AIIF-2024) baş tutuub.
Forumun məqsədi yerli sığortaçılarla dünya sığortaçılarının birbaşa kommunikasiyasını gücləndirməkdir.
İki gün davam edən Forumda həyat sığortası və bank kanallarının birgə fəaliyyəti, avtonəqliyyat və sağlamlıq sığortaları, habelə iqlim risklərinin idarə edilməsində sığortanın rolu kimi lokal və qlobal sığorta bazarları üçün aktual olan mövzular ətrafında müzakirələr aparılıb.
PAŞA Həyat şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov “Bancassurance” panelində çıxış edərək, bankassurance modelinin yeni trendlərə uyğun olaraq məhz müştəri mərkəzli yanaşmalar əsasında yaradılması və bu prosesdə rəqəmsallaşmanın önəmi haqda ətraflı danışıb.