“PAŞA Həyat Sığorta” ASC növbəti böyük həcmli sığorta ödənişini həyata keçirib.
Şirkətin yaydığı məlumatda bildirilir ki, ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən kredit götürmüş şəxs bədbəxt hadisə nəticəsində vəfat etmişdir.
İpoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 72 min 641 manat qalıq borc məbləği “PAŞA Həyat Sığorta” ASC tərəfindən aidiyyəti üzrə ödənilib.