“PAŞA Həyat Sığorta” ASC tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün infosessiya keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Karyera mərkəzinin təşkilatçılığı ilə iki gün davam edən tədbir “Marketing in one day” və “3D Kommunikasiya” mövzularında olub. İnfosessiyada şirkətin Marketinq mərkəzinin rəhbəri Ruslan Ələkbərov və Korporativ kommunikasiya şöbəsinin müdiri Vəli Məmmədov mövzu üzrə önəmli məqamları açıqlayıblar.

Sonda sorğu keçirilib, fərqlənən tələbələrə stimullaşdırıcı hədiyyələr təqdim olunub.