Hər zaman innovativ həlləri ilə sığorta bazarında liderliyini qoruyan “PAŞA Həyat”
müştərilərinə təkmilləşdirilmiş və rəqəmsal xidmət imkanları təqdim etməyə davam
edir.
Belə ki, artıq yüksək etibarlılıq imicinə malik “PAŞA Həyat” müştəriləri yeni nəsil
rəqəmsal imza olan SİMA-nın imkanlarından yararlanaraq “Həyatın Yaşam Sığortası”
məhsulundan faydalana biləcəklər. Bununla da, müştərilər sənədlərin imzasını SİMA
vasitəsilə məsafədən və daha operativ həyata keçirə bilərlər.
Qeyd edək ki, “PAŞA Həyat” 2010-cu ildən fəaliyyətə başlamış və yarandığı gündən
bugünə kimi stabil inkişaf edərək müştərilərinin rəğbətini qazanmışdır. İldən ilə şirkətin
təqdim etdiyi xidmətlər və məhsullar həm sayca, həm də keyfiyyətcə
təkmilləşdirilmişdir.
“PAŞA Həyat” müştərilərinə “Həyatın Yaşam Sığortası” ilə yanaşı, bir çox həyat
sığortası növləri də təqdim edir. Hər zaman müştərilərinə göstərdiyi individual
yanaşma və yüksək xidmət səviyyəsi ilə seçilən “PAŞA Həyat”-ın əsas məqsədlərindən
biri də daim innovativ və peşəkar yanaşma ilə müştərilərinə xidmət göstərməkdir.