Sabah Milli Məclisdə “Ölkədə icbari tibbi sığorta ilə bağlı görülən işlər, hazırki vəziyyət və gələcək planlar” mövzusunda dinləmə keçiriləcək.

APA-nın məlumatına görə, bu məsələ parlamentin Səhiyyə komitəsinin iclasının gündəliyinə daxil edilib.

İclasda aidiyyəti strukturların nümayəndələri, Milli Məclisin deputatları iştirak edəcəklər.