Milli Depozit Mərkəzi əməkdaşlarına könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi “Meqa Sığorta” ASC-dir.

Qalib şirkətə 24 240 manat ödəniləcək.

Könüllü tibbi sığorta xidməti çərçivəsində 3 nəfər premium paketlə (10 min manatlıq), 59 nəfər isə standart paketlə (5 min manat) sığortalanacaq.