“Mərkəzi Klinika” MMC 2023-cü il üçün binalarının icbari sığortası, manual-tibbi avadanlıqları üzrə, electron cihazları üzrə, nəqliyyat vasitələrinin kompleks sığortası, eləcə də 3-cü şəxslər qarşısındakı mülki məsuliyyətinin sığortası üzrə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 200 manat təşkil edir.

İddiaçılar ilkin sənədləri martın 16-sı, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə martın 31-i, saat 17:00-a qədər klinikanın Bakı şəhəri, Parlament prospekti, 76 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə aprelin 7-si, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.