“Xalq Sığorta” ASC-nin vəzifəli şəxsi qanun pozuntusuna görə inzibati məsuliyyətə cəlb olunub.
“APA-Economics” xəbər verir ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinin tələblərinin pozulması halı aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə müvafiq olaraq “Xalq Sığorta” ASC-nin vəzifəli şəxsi 300 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, sözügedən maddəyə əsasən “Xalq Sığorta”nın vəzifəli şəxsi uçot sənədlərinin saxlanılması, məlumatların təqdim edilməsi, dərc edilməsi, tələblər çərçivəsində əks etdirilməsi, habelə qanuna uyğun mühasibat uçotunun aparılması ilə bağlı qaydaları pozub.