Azərbaycanda sığorta şirkətləri üzrə kapital tələbi artırıla bilər.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə 2024-cü ilin ilin ilk yarım ili üzrə keçirilən Maliyyə Sabitliyi hesabatının təqdimatında deyib.
O bildirib ki, hazırda Mərkəzi Bank “Solvency ll” standartlarının tətbiqi üzərində iş aparır. Yeni standartlar tətbiq edildikdən sonra sığorta şirkətlərinin risk əsaslı kapital tələbi ilə bağlı müəyyən artımlar ola bilər: “Yəni, bu, minimal kapital tələbinə aid deyil”.