Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Lüksemburqun “Howden Specialty Luxembourg, S.ά.r.l” və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Volante (DIFC)” şirkətləri xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edilib.
Bu barədə Trend tənzimləyici quruma istinadən xəbər verir.
Daha iki xarici sığorta brokerinin bu ilin noyabrın 23-də reyestrə daxil edilməsi ilə Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 95-ə çatıb.
“Howden Specialty Luxembourg, S.ά.r.l” 2019-cu ilin fevralın 22-dən, “Volante (DIFC)” isə 2021-ci ilin sentyabrın 30-dan sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir.