Azərbaycan Mərkəzi Bankı “AZ Group Sığorta Agentliyi”, “Çətir Sığorta Agentliyi” və “Qarant Sığorta Agenti” MMC-lərə, “Buta Sığorta və Təkrar Sığorta Brokeri” QSC-yə sığorta vasitəçiliyi fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bununla bağlı qərar bu gün “Sığorta fəaliyyəti haqqında” Qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.