İcbari tibbi sığortaya yeni xəstəliklərin əlavə edilməsinə müvafiq qurumlar baxmalıdır.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında büdcə müzakirələri zaman deyib.

Nazir bildirib ki, icbari tibbi sığorta çərçivəsində qarşılanan xəstəliklərə yenilərinin əlavə edilməsinə ilk növbədə aidiyyəti qurumlarda baxılmalıdır.

Qeyd edək ki, büdcə müzakirələri zamanı deputatlar ankoloji və digər xəstəliklərin də icbari tibbi sığorta paketinə daxil edilməsini təklif etmişdi.