İcbari tibbi sığorta üzrə verilən gönədirişin qüvvədə olma müddəti 10 gündür. 10 gün keçildiyi təqdirdə yeni göndəriş vərəqəsi alınmalıdır.

Trend-in məlumatna görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov deyib.

O qeyd edib ki, icbari tibbi sığorta sistemi çərçivəsində ambulator xidmət göndəriş vərəqində qeyd olunubsa, vətəndaş 21 gün ərzində xəstəxanaya müraciət edə bilər.

“Əgər vətəndaşa hər hansı bir əməliyyat icra olunubsa, 45 gün ərzində təkrar olaraq eyni həkim və xəstəxanaya müraciət edə bilər. Şikayət fərqlidirsə, başqa göndərişlə ayrı həkimə müraciət edilməlidir”, – deyə o bildirib.