Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan monitorinqə əsasən icbari avtosığorta üzrə ən çox şikayət olunan yenidən “Xalq Sığorta” ASC olub.

Banker.az-ın məlumatına əsasən, aprel üzrə şikayət indeksində onun göstəricisi 3.94 bənd təşkil edib. “Xalq Sığorta” ASC-də bu göstərici bir ay öncə 4.27 bənd idi.

İkinci sırada isə “Bakı Sığorta” ASC-dir.

43242423

Qeyd: Avto-icbari sığorta üzrə şikayət indeksi vətəndaşların bu növ üzrə sığorta xidmətlərini əldə edərkən seçim etmələrinə dəstək göstərilməsi məqsədilə hesablanılır və yayımlanır. Şikayət indeksinin hesablanmasında beynəlxalq səviyyədə istifadə olunan metodologiyaya əsaslanaraq avto-icbari sığorta növü üzrə lisenziyası aktiv olan sığorta şirkətləri ilə bağlı daxil olan şikayətlər nəzərə alınmışdır. Eyni zamanda avto-icbari sığorta növünün aparılması üzrə verilən icazənin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılmış və lisenziyası ləğv olunmuş sığorta şirkətləri ilə bağlı şikayətlərin tənzimlənməsi Mərkəzi Bank tərəfindən əvvəlki qaydada davam etdirilir.

2323131231231231