“Günay Sığorta” şirkətinin idarə heyətinin sədri Mahir Niftiyev şirkətdən ayrılıb.

Bu barədə “APA-Economics”ə sığorta şirkətindən bildirilib. Məlumata görə, Mahir Niftiyev avqustun 1-dən etibarən öz ərizəsi ilə “Günay Sığorta”dan ayrılıb.

Müvəqqəti olaraq idarə heyəti sədri vəzifəsi Kamran Babayevə həvalə edilib.