“Bakı Sığorta” ASC baş ofisinin ünvanını dəyişib.
Banker.az xəbər verir ki, bu barədə şirkətin elanında məlumat verilir.
“Bakı Sığorta” ASC-nin baş ofisinin ünvanı 14.07.2023-cü ildən etibarən yeni ünvanda fəaliyyət göstərəcək.
Məlumata görə, sığorta şirkətinin yeni ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 120 olacaq.