Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi könüllü tibbi sığorta xidməti ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

“Report” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Azərbaycan Sənaye Sığorta” ASC-dir.

Qalib şirkətə 130 572 manat ödəniləcək.