“Dövlət Sığorta Kommersiya Şirkəti” 2022-ci ilin avqust ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında kəskin azalma tendensiyası davam edib.
Şirkət avqust ayında 7.900 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 41.542 mln. manat və ya 84% azalma deməkdir.
Avqustda şirkət tərəfindən ümumilikdə 15.287 mln. manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 29.301 min manat və ya 66% az olub.