Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Kosmik Agentlik (“Azərkosmos”) könüllü tibbi sığorta xidməti ilə bağlı açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 6-sı, saat 13:00-a qədər, tender təklifi və onun dəyərinin %-i qədər bank təminatını isə dekabrın 14-ü, saat 13:00-a qədər qurumun Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə dekabrın 15-də, saat 13:00-da qeyd olunan ünvanda baxılacaq.