Azərbaycanda sığortaya yatırılan vəsaitlər ötən il 27,3% və ya 108 milyon manat artıb.
“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Belə ki, 2022-ci ildə həyatın yaşam sığortası üzrə yığımların həcmi 396,7 milyon manat olduğu halda, 2023-cü ildə bu rəqəm 505 milyon manata kimi yüksəlib.
2023-cü ildə həyatın yaşam sığortası üzrə ödənişlər isə 21% artaraq 292,6 milyon manata bərabər olub. 2022-ci ildə bu sığorta növü üzrə ödənişlər 242,1 milyon manat təşkil etmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığortasının 93%-ni, ümumi sığorta bazarının isə 41,3%-ni təşkil edib.
Qeyd edək ki, Azərbaycanda həyatın yaşam sığortasına daha çox iri şirkətlərdə, maliyyə və bank sektorunda çalışanlar daha çox yatırım edir.