2023-ci ilin yanvar ayı ərzində Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımların həcmi 57 mln. 682.2 min manat təşkil edib.

“Apa-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1% və ya 559 min manat çoxdur. 2022-ci ilin yanvar ayı ərzində könüllü tibbi sığorta üzrə toplanan sığorta haqqlarının həcmi 57 mln. 123.2 min manat idi.

Hesabat dövründə könüllü tibbi sığorta üzrə ödənişlərin həcmi 5 mln. 664.7 min manat olub ki, bu da əvvəlki dövrlə müqayisədə 74.7% və ya 2 mln. 422 min manat çoxdur. Ötən ilin yanvar ayı ərzində bu sığorta növü üzrə ödənişlərin həcmi 3 mln. 242.3 min manata bərabər olub.

Sığorta ödənişlərinin artması könüll tibbi sığorta üzrə zərərliliyi 72% artırıb. Belə ki, 2022-ci ilin yanvar ayı ərzində sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 5.7 manatını ödənişə yönəltmişdirsə, carı ilin yanvar ayında bu rəqəm 9.8 manata bərabər olub.