“AzRe Təkrarsığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Banker.az xəbər verir ki, təkrar sığorta şirkətinin səhmdarlarının qərarı ilə Vüsal Abbasov Ramiz oğlu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

V.Abbasov 1984-cü ildə anadan olmuşdur. 2005-ci ildə Bakı Dövlət Universitetinin İnzibati İdarəetmə fakültəsini fərqlənmə diplomu ilə, 2007-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini İqtisadiyyat və idarəetmə istiqamətinin maliyyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirirərək magistr dərəcəsi almışdır. 2014-2016-cı illərdə “Maastricht School of Management” və ADA Universitetinin Biznesin idarə edilməsi proqramı üzrə təhsil alaraq MBA (Master of Business Administration) magistr dərəcəsi almışdır.

Sığorta sahəsində əmək fəaliyyətinə 2005-ci ildə “Alfa Sığorta” ASC-də başlamış, Direktor müavini vəzifəsində çalışmışdır, 2007-ci ildən “AzRe Təkrarsığorta” ASC-nin İdarə Heyətinin sədr müavini işləmişdir. Səhmdarların qərarı ilə 03 yanvar 2019-cu il tarixindən “AzRe Təkrarsığorta” ASC-nin İdarə Heyətinin sədri təyin edilmişdir. Azərbaycan, inglilis və rus dillərini bilir.

Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” “Qala Sığorta” ASC-nin 100%-lik, “Qala Həyat Sığorta” ASC-nin isə 90%-lik səhmdarıdır.