Avqustun 24-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-yə məxsus rəsm əsərləri hərraca çıxarılacaq.

Bu barədə “Report”a qurumun Ləğvetmə Komissiyasından bildirilib.

Məlumata görə, “Əmlak Hərrac Mərkəzi” MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında olacaq.

5 rəsm əsərinin hər biri üçün 1 500 manat qiymət müəyyən edilib. Bu məbləğin 5%-i, yəni 75 manat beh kimi ödənilməlidir.

Hərrac predmetlərinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

Rəsm əsəri Müəllif Ölçü Hərrac dəyəri Behin məbləği
Şəkil “Teiptix Dəniz mənzərəsi” Müseib Əmirov 65×196-1-1 1500 75
Şəkil “Teiptix Dəniz mənzərəsi” Müseib Əmirov 65×196-1-2 1500 75
Şəkil “Teiptix Dəniz mənzərəsi” Müseib Əmirov 65×196-1-3 1500 75
Şəkil “Köhnə Bakı” Şübhan Məmmədov 80×140 1500 75
Şəkil “Mənim Bakım” Sübhan Məmmədov 60×100.5 1500 75

 

 

 

 

 

 

 

 

 

 

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:

https://e-herrac.com/advertisement/dasinmaz-emlak/legv-prosesinde-olan-standard-insurance-mexsus-emlakllarin-herraci-baresinde

Sığorta şirkətinin digər əmlaklarının qanunvericiliyə və hərrac qaydalarına əsasən açıq satışı davam edəcək, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək.