2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda avtomobillərin icbari sığortası üzrə
yığımlar 92 milyon 644 min manat olub.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 56.6 faiz və ya 33 milyon 494 min manat çoxdur.

Qeyd edək ki,  2022-ci ilin yanvar-iyul aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 59 milyon 150 min manat təşkil edib.

Yanvar-iyul aylarında avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 56 milyon 655 min manat olub ki, bu da illik müqayisədə  11.4 faiz və ya 5 milyon 810 min manat çoxdur.

Ötən ilin yanvar-iyul aylarında bu sığorta növü üzrə ödənişlərin həcmi 50 milyon 846 min manat təşkil edib.